Bakı Şəhər Prokurorluğu jurnalistin həbsinin uzadılması ilə bağlı təqdimat verib
Işə bu gün Səbail Rayon Məhkəməsində baxılacaq
Həbsdə olan jurnalist Xədicə Ismayılın həbs müddətinin artırılması ilə bağlı təqdimata yanvarın 27-də Səbail Rayon Məhkəməsində baxılacaq.
Bu haqda “Azadlıq” radiosuna onun vəkili Yalçın Imanov məlumat verib. Vəkilin sözlərinə görə, Xədicə Ismayılın həbs müddətinin daha iki ay uzadılması ilə bağlı təqdimatı Bakı şəhər Prokurorluğu verib.
Xədicə Ismayıl ötən il dekabrın 5-də həbs olunub. O, jurnalist Tural Mustafayevin “özünü öldürmə həddinə çatdırma” ittihamı ilə saxlanıb. Xədicə Ismayıl bu ittihamları rədd edərək, həbsini siyasi sifariş sayır.
“Azadlıq” radiosunun rəhbərliyi bəyan edib ki, Xədicənin həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.
Fevralın 5-də Xədicə Ismayılın həbs müddəti başa çatmalı idi.
Jurnalist Azərbaycan prezidentinin ailə üzvlərinin adı hallanan biznes- iləri haqda araşdırmaların müəllifidir.