Yanvarın 22-də saat 16:00 da Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan məhkəmə prosesi təxirə salınıb. Vəkil Yalçın İmanov məhkəmə prosesinin niyə təxirə salındığını anlamadığını bildirib. "Mən və ittiham prokroru prosesin başlanmasına bir saat qalmış məhkəmə binasında olmuşuq, katib də burada olduğumuzu görüb. Amma maraqlıdır ki, prosesin təxirə salınmasını bizim gecikməyimizlə əsaslnadırdılar. Doğrusu,nə baş verdiyini anlamadım". Növbəti məhkəmə prosesi 5 fevral, saat 15:00-a təyin olunub.
Murad Ədilov ötən il avqustun 11-də yaşadığı Sabirabad rayonunun Xəlfəli kəndində saxlanılıb. Vəkilləri və doğmaları isə belə hesab edirlər ki, M.Ədilov AXCP fəalıdır deyə siyasi motivlərlə həbsə alınıb.
azadliq.info