AXCP İmişli rayon şöbəsi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı rayonda Şəhidlər Xiyabanını ziyarət edib. İmişli cəbhəçiləri Vətən uğrunda canlarını fəda etmiş İmişli şəhidlərinin məzarları qarşısına tər qərənfillər düzüblər. Xiyabanda şəhidlərin ruhuna dualar oxunub, şəhid ailələrinə başsağlığı verilib.
AXCP Şəki şəhər şöbəsi də Vətən uğrunda canından keçmiş Şəki şəhidlərini yad edib, ruhlarına dualar oxuyublar.