Keçmiş müdafiə naziri Rəhim Qazıyev həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusa ad günü təbriki ünvanlayıb. Təbrikdə deyilir:
Hörmətli Leyla xanım. Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, daha böyük zirvələri fəth edəsiniz. Zamanında mövcud rejim tərəfindən repressiyalara məruz qalaraq, məhkumluq həyatı yaşayanlardan biri də mənəm. Bu qanunsuz həbsə qarşı öz zərif vücudu ilə etiraz edən, cəsarət nümunəsi göstərən siz Leyla xanım məni siyasi məhbus kimi tanıtmağa müvəffəq oldunuz. Çox təəssüf edirəm ki, bu gün qərəzli və qəddar münasibətlə üzləşən, törətmədiyi cinayətə görə həbsxana həyatı yaşayan hörmətli Leyla xanıma heç bir köməklik edə bilmirəm. Təbii ki, bu məni çox üzür. Müdafiə nazirliyinin yenicə yarandığı dövrlərdə nazirliyin kütləvi informasiya şobəsinin, analiktrik informasiya bölməsinin yaranmasında müstəsna xidmətlərinizi qeyd etməmək çox haqsızlıq olardı. Ordumuzun yenicə yatrandığı dövrdə qeyrətli balalalrımızn düşmən üzərindəki qələblərini ilk növbədə sizin fədakarlığınız vasitəsilə xalqıımıza çatdırıb, onları sevindidirdik. İndi sizin ünvanınıza ağlasığmaz, insan ləyaqətinə yad olan şər-böhtanlar deyilir.
Torpağın müdafisənidə 1 saat da olsun dayanmayan, rüşvətlə var-dövlət yığanlardan fərqli olaraq, siz həyat üçün təhlükəli olan ön cəbhədə cəsur əsgərlərimiz arasında gəzir, onlara ana, bacı qayğısı göstərirdiniz. Mən bunn heç kimdən çəkinmədən qeyd edirəm və həmişə də qeyd edəcəm.
Leyla xanım? siz bir daha ləyaqətli əqidəli və cəsarətli olduğunuzu sübut etdiniz. Yəqin ki, vətənpərvər gənclər sizin keçdiyiniz bu şərəfli həyat yolunu özlərinə örnək götürəcəklər. Mən inanıram ki, siz bu çətinliklərdən də uğurlu qələbə ilə çıxacaqsız
Bu doğum gününüzdə Sizə uca Allahdan can sağlığı, uğurlu qələbə və alın açıqlığı arzulayıram.
Ürək ağrısıyla bu əziz gündə quru təbrikdən başqa heç nəyə gücü çatmayan, mübarizə qardaşınız Rəhim Qazıyev.