Arif Əliyev: “Bu, azad medianın gələcəyi üçün ən ciddi təhlükədir”
“Azərbaycanda müstəqil mediann yaşaması üçün mühit yoxdur”. Bunu Moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirib. A.Əliyevin sözlərinə görə, bu, jurnalstikanın gələcəyi baxımından qalan digər problemlərdən daha ciddi təhlükədir:
“Qanunverici mühitin daralması, mediaya yönəlik təzyiqlər və s. azad medianın mövcudluğu üçün gərəkli mühitin olmadığını sübut edir. Lakin şəxsən mən hesab edirəm ki, azad medianınm təşəkkülü üçün lazımi mühitin olmaması jurnalistikanın gələcəyinə bu gün müşahidə edilən jurnalist həbslərindən daha ciddi təhlükə vəd edir. Məncə medianın gələcəyi üçün ən böyük təhlükəni məhz burada axtarmaq lazımdır”.