Rus rublunun belə sürətlə ucuzlaşması Putin üçün fəlakətdir. Bunu Time nəşrində dərc edilən məqalədə Cefri Smit deyir.
Smit hesab edir ki, Rusiya bundan sonra da Ukrayna ilə bağlı güzəştə getməyəcək. Kreml təbliğatı isə günahı Qərbin boynuna atmaqda davam edəcək. Ancaq Rusiyadakı maliyyə böhranı daha böyük neqativ nəticələrə səbəb olacaq.
“Rublun məzənnəsi kəskin artmsa, Rusiyada inflyasiya Mərkəzi Bankın proqnozlaşdırdığı 10%-i xeyli üstələyəcək. Əhalinin əmanətlərinin 80%-i rublla saxlanıldıqdan, devalvasiya bu pulların yox olması deməkdir”, – deyə Smit qeyd edib.
Smit Rusiya üçün yeganə çıxış yolunu saray çevrilişi yolu ilə Putinin devrilməsində görür. Lakin bunun da mənfi nəticələri olacaq.
azadlıq.info