“Türkiyədə senzura” yaxın tarixin ən qiymətli mənbələrindən birinə çevrildi
Azərbaycan cəmiyyətinə “Azadlıqdan Tiranlığa” adlı kitabı bəxş etmiş Turqut Əri hamı tanıyır və əksəriyyət də onu bu kitaba görə sevir. Bu günlərdə isə Turqut Ərin yeni kitabı işıq üzü görüb. Bu dəfə Turqut Ər “Türkiyədə senzura” (“Türkiyede sansur”) adlı kitabı ilə gündəmi zəbt edib. Qocaman araşdırmaçı tarixi faktlar və ciddi sənədlər əsasında 1937-45-ci illərdə Türkiyədə siyasi senzuranın mövcudluq səbələrini və nəticələrini araşdırır, dövlətin mediaya təzyiqləri ilə bağlı ətraflı məlumatlar verir.
Turgut Ərin bu kitabı Türkiyənin həmin zamanlara aid araşdırmaları arasında xüsusi özəllikləri ilə fərqlənir. Təsadüfi deyil ki, bu kitab Türkiyə telekanallarının yayınları arasında ən populyar intellektual verilişlərdən olan “Tarixin arxa odası” (Habertürk kanalı) proqramında özəlliklə qeyd edilir.
Qonşu ölkədə mətbuatın tarixi ilə bağlı bu araşdırma olduqca ilginc siyasət detalları ilə də zəngindir. Türkiyənin 20-ci əsr tarixi ilə maraqlananlar üçün “Türkiyede sansur” çox qiymətli mənbə kimi kitab dünyasına daxil olub.
Sizə təqdim edilən videoda Turqut Ərin kitabı haqqında söhbət 1.35:00-dan başlayır.
azadliq.info