Mərhum ölkə başçısı Heydər Əliyevin vəfatının 11 illiyi ilə bağlı dekabrın 12-də Fəxri Xiyabanda anım mərasimi keçirilib. Ölkə başçısı İlham Əliyev, onun xanımı və dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət ediblər. Maraqlıdır ki, dövlər rəsmiləri sırasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev görünməyib. Mərasimdən prezidentin saytında yayılan fotolarda da Ramiz Mehdiyev görünmür. Onun anım mərasiminə niyə qatılmadığı bəlli deyil.