İş adamının sakinlərə məxsus əraziləri zəbt etdiyi deyilir
İş adamı Ilham Rəhimlinin Qubadakı özbaşınalıqları rayon sakinlərin hiddətinə səbəb olub. Bu barədə modern.az saytında dərc edilən materialda bildirilir. Materialdan bəzi hissələri təqdim edirik: “Oliqarxın adamları zorla, adamlara hədə-qorxu gələrək torpaqları zəbt edib, insanların şəxsi mülkiyyətinə sahib olmaq istəyir. Qubalılar deyir ki, Ilham Rəhimov Rusiyada öyrəndiyi ”bespredel” davranışlarını Azərbaycanda da işə salır…
…Ilham Rəhimov Villasının yaxınlığındakı, başqalarının, üstündə tikili olmayan və qeyrilərinin halal torpağına, yaşıllaşdırılan bir sahəyə göz qoyub. Özü də təsadüfə baxın ki, özünə məxsus kənd təsərrüfatı təyinatlı torpağı hansı yollasa təyinatını dəyişərək, ağacları qıraraq tikililərlə doldurduğu ərazidən fərqli olaraq, bağ ərazisi kimi saxlanılan qonşunun torpağına gözü düşüb. Araşdırma zamanı öyrəndik ki, oliqarxın qonşusunun sahəsi heç bir meşə və yaxud başqa kateqoriya torpağına aid deyil, 1 santimetr və 1 ağac belə dövlət mülkiyyət sənədindən kənara çıxmır və elə Ilham Rəhimovun ərazisinə aid nə sənədi varsa, bu torpağın da var.
Bu sahə qanuni icarə əsasında Azərbaycan Qərb Universitetinə məxsusdur. Baxmayaraq ki, bəzi KIV-lər əsassız yerə bu yerin meşə fonduna aid olduğunu və zəbt edildiyini qeyd edib. Amma sənədlərdən öyrəndik ki, icarə əsasında Universitetin Insan Inkişafı Institutu (təhsil naziri işləmiş mərhum Lidiya Rəsulova da istefasından sonra bu institutun direktoru olub) bu sahədə eksperimental bağçılıq sahəsi yaradıb, meşə zolağını da elə bu insanlar öz özəl ərazilərində yolun səsini, qonşuları eşitməmək, görməmək üçün son 15-16 ildə minlərlə ağac əkərək salıblar. Birisi öz ərazisində qonşuları eşitməmək, görməmək üçün yaşıl zolaq yaradır, digəri də deyir ki, mən səni, sənin yaşıl zolağını da görmək istəmirəm.
Burada müxtəlif növ ağac və bitki növlərinin şəraitə davamlılıq məziyyətləri öyrənilir, müxtəlif təsərrüfat fəaliyyətlərinin effektivlik dərəcəsi müəyyən edilir, yerli şəraitlə uyğunlaşdırılmış növlər yetişdirilir…
…Deməli, Ilham Rəhimovun bu torpaqlara da göz qoymağı əbəs deyilmiş. Bu məqsədlə də o, gözünü doydurmaq üçün adamlarına fit verib ki, başlayın zəbtə. Dəxli yoxdur, zorla-xoşla, nə yolla olur-olsun. Beləliklə də “hüquqşunas” Rəhimovun başqasının mülkiyyətini zəbt etmək əməliyyatı başlayıb. O əvvəlcə adamları hasara alınmış özəl mülkiyyətin hasarlarını söküb, sonra qəsdən villasının çirkab sularını bu sahəyə yönəldib, dayanmayıb, üstəlik özgəsinin yerinə balkon da çıxarıb…
…Yaxınlıqdakı kəndlərin sakinlərindən biri olan Məhəmməd Əlməmmədov deyir ki, bu ərazi hasara alınsa da, burada əksəriyyəti meyvə ağacı olmaqla xeyli sayda ağac əkilib, yaşıllıq salınır. Təbiətə heç bir ziyan dəymir. Elmar Cəfərov isə bildirir ki, bu ərazidə bir neçə yerdən adamların, mal-qaranın çaya çıxması üçün keçidlər qoyulub”.