Həbsdə olan inanclı insanlarla sərt davranışın kökündə onların əfv ərizəsi yazmaqdan imtina etməsi dayanır. Bu barədə “Azadlıq”a daxil olan məlumatda belə deyilir. Məlumat üçün deyək ki, həbsdə olan ilahiyyatçı alim, vicdan məhbusu Hacı Taleh Bağırzadə “kars”a salınıb və bu günlərdə bu cəza daha 1 ay uzadılıb.
Digər dindarlar Azərbaycan Islam Partiyasının (AIP) sədri Hacı Mövsüm Səmədov və Abgül Süleymanov isə Qobustandakı qapalı həbsxanaya köçürülməsi barədə qərar var. AIP sədrinin bu qərardan apellyasiya şikayəti də təmin olunmayıb.
Məlumata görə, indiki vəziyyətdə hakimiyyət Iranla münasibətləri yaxşılaşdırmağa çalışır. Lakin Tehran həbs olunan inanclı insanların azad edilməsini istəyir. Bildirilir ki, iqtidar problemi həll etmək üçün dindarların ad əfv yazması üçün çaba sərf edib. Amma dindarlar təklifi qəbul etməyiblər. Bu baxımdan onlara qarşı təzyiqlər başlanıb. Lakin hələki hakimiyyət istəyinə nail ola bilməyib.