Nils Mujnieks: «Azərbaycandakı bütün tərəfdaşlarım həbsdədir…»
“Avropa Şurasına sədrlik edən ölkələrin çoxu bu zaman kəsimindən demokratik nüfuzunun təbliği üçün yararlanıb. Ancaq Azərbaycan sədrliyi dövründə hüquq müdafiəçilərinə görünməmiş təzyiqlərlə tarixə düşəcək”.
“Azadlıq” radiosunun məlumatına görə, bunu Avropa Şurasının Insan Haqları Komissarıÿ Nils MujnieksÿBakıya keçən ay etdiyi səfəri özünün “facebook” səhifəsində şərh edərkən yazıb.
“Azərbaycandakı bütün tərəfdaşlarım həbsdədir… Bilmirəm kataraktdan, yoxsa emosional durumuna görə, Leyla Yunus yarım saatlıq görüşdə ancaq ağladı…”, – deyə Mujnieks yazır.
“Intiqam Əliyev az qala yıxıldı”
Insan haqları komissarı vurğulayır ki,ÿ Leyla Yunus ÿvəÿ Arif Yunusÿ Ermənistandakı həmkarları ilə dialoq aparan cəsarətli fəallardır. Hər ikisi casusluqda ittiham olunur.
Mujnieks daha sonra hüquqşünasÿ Intiqam Əliyevlə görüşünü təsvir edir: “Hakimiyyət onun bütün sənədlərini, eləcə də Avropa Insan Haqları Məhkəməsinə gedən sənədləri müsadirə edib. Hüquqşünas deyir ki, sanki ayağının altından palazı çəkiblər. Hüquqşünas Avropa Məhkəməsinə işləri necə aparacağını, yaxud özünü necə müdafiə edəcəyini bilmir. Azərbaycanı tərk etdiyim gün, onun həbs-qətimkan tədbiri daha 3 ay uzadılıb. Hakim qərarı elan edəndə, Intiqam az qala yıxıldı”.
Məhbuslar arasında QHT yaratmaq ideyası
Nils Mujnieks hüquq müdafiəçiləriÿ Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliÿ və Insan Haqları Klubunun sədri Rəsul Cəfərovla görüşlərindən də bəhs edir: “Anar həbsxanada vaxtının çoxunu idmanla məşğul olur, politologiya, fəlsəfə və tarix kitabları oxuyur. O, Avropa Şurasının Azərbaycanda QHT-lərə hüquqi dəstək işinə həbsxanadan necə töhfə verə biləcəyi ilə maraqlanırdı.
Rəsul Cəfərovla görüşdə ürəkləndim… O, QHT qanununu pozmaqda ittiham olunsa da, sağollaşanda dedi ki, məhbuslar arasında insan haqları QHT-si yaratmağı planlaşdırır”.
Komissar Bakıda Emin Hüseynovla görüşüb
“Tərəfdaşlarımın çoxu həbsdədir, digərləri insan haqları işini dayandırıb, ölkəni tərk edib, yaxud gizlənib. Gizlənən fəallardan biri,ÿEmin Hüseynovla görüşdüm. Eminin 35 yaşı olmasına baxmayaraq, yüksək qan təzyiqi var, onurğasını illər öncə ”razılaşdırılmamış” aksiyada polis dəyənəyi zədələyib. Onu müayinə edən həkimlər həbsxanada dözməyəcəyini deyirlər.
Onlar Azərbaycanda həbsdə, yaxud təzyiq altında olan fəallardan və jurnalistlərdən bir qismidir. Onlar Avropa Şurasının əsas tərəfdaşlarıdır. Avropa Şurasının ölkədəki əsas dostları və tərəfdaşları hədəfə alınıb. Bu, məni çox ağrıdır, ancaq Azərbaycanla Avropa Şurası arasında praktik əməkdaşlığı həddən artıq çətinləşdirir. Repressiyalar dayandırılmalıdır. Indi…”, – Nil Mujnieks səfər qeydlərini belə yekunlaşdırır.