Tanınmış hüquq müdafiə təşkilatı olan Amnesty İnternational sentyabrın 23-də Bakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun döyülməsi ilə bağlı bəyanat verib.
Təşkilatın müraciətində baş verənlərin dərhal araşdırılması və Leyla Yunusun təhlükəsizliyinin təmin edilməsi, ona zəruri tibbi yardımın göstərilməsi, həmçinin özünün və həyat yoldaşının qeyd-şərtsiz azad edilməsi tələb olunur.
Xatırladaq ki, Leyla Yunusun döyülməsi ilə bağlı məlumat onun vəkilləri tərəfindən yayılıb. Ancaq Penitensiar xidmətin rəhbərliyi hüquq müdafiəçisini döyən və saçlarından sütüyən təcridxana əməkdaşının ünvanına ittihamları rədd etdi.
L.Yunus aprelin 30-da həbs olunub. O, dövlətə xəyanətdə, vergidən yaynmaqda və digər cinayətlərdə ittiham olunub.
Leyla və Arif Yunusların həbsinin əsl səbəbi Azərbaycanda siyasi məhbusların siyahısını hazırlayaraq Qərbə ötürmələridir.