Xaricdən gələn təsirli bəyanatlar nəyin görsənişidir?
Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsindən sonra hakimiyyətin yürütdüyü siyasətlə bağlı beynəlxalq reaksiyalar artmaqdadır. Polşada fəaliyyət göstərən Şərq Araşdırmaları Mərkəzi Azərbaycan hakimiyyətinin Qərblə və Rusiya ilə münasibətlərinə dair təhlil hazırlayıb.
Son dövrlərdə Azərbaycan hakimiyyətinin Qərbin planlaşdırdığı mövqedən kəskin fərqlənən kurs həyata keçirdiyinin vurğulandığı sənəddə qeyd olunur ki, Ukrayna böhranı başlayandan Azərbaycan əvvəlkindən fərqli siyasət aparır. “Bu, bir tərəfdən Azərbaycanın Rusiyadan çəkinməsi kimi qiymətləndirilsə də, Ukrayna böhranı ilə bağlı Qərbin zəif görünməsilə də əlaqələndirilir.ÿUkrayna böhranı ilə bağlı beynəlxalq vəziyyətin gərginləşməsi fonunda Azərbaycanın özünütəcridi dərinləşdirməsi və avrotitar idarəetməni daha da gücləndirməsi müşahidə olunur. Bu isə Qərbə qarşı addım kimi qiymətləndirilməlidir. Azərbaycanın belə siyasəti onun üçün ciddi problemlərin yaranması ilə nəticələnə bilər”,- deyə təhlildə vurğulanır: “Azərbaycanın istər Qərb, istərsə də Rusiya üçün Cənubi Qafqazda böyük əhəmiyyət kəsb edən ölkə olduğunu vurğulayan təşkilat nümayəndəlri hesab edirlər ki, orta Asiya enerji resurslarının Qərbə daşınması işində Azərbaycanın böyük tranzit əhəmiyyəti var”.
Maraqlı məqam ondan ibarətdir ki, bu qətnamə Polşanın dünyaca məhşur mərkəzi tərəfindən yayılıb. Onu da nəzərə almaq lazımdır ki, Polşa AB-nın Şərq Tərəfdaşlığı proqramı çərçivəsində üzv dövlətlərə nəzarəti həyata keçirən koordinatorlardan biridir. Bu baxımdan Polşa təşkilatının bu cür hesabatı birmənalı dəyərləndirilməməlidir.
Buarada Human Rights Watch (HRW) hüquq-müdafiə təşkilatı da Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətlə bağlı bəyanat yayıb. Bəyanatda hakimiyyətin daxildə yürütdüyü siyasət kəskin tənqid olunur. Hakimiyyətin yürütdüyü siyasətin kritik həddə çatdığı birmənalı olaraq vurğulanmaqla yanaşı qeyd olunur ki, münasibətlər uzun müddət bu cür davam edə bilməz.
Ekspertlərin fikrincə, Azərbaycanla Qərbin münasibətlərinin son dövrlər kəskin şəkildə pisləşməsi nəzərdən qaçmır. Əslində bu proses 2013-cü il prezident seçkilərindən sonra başlayıb. Qərbin seçkilərə mənfi rəy verməsi, kobud qanun pozuntuları ilə bağlı araşdırmalar aparılmasını tələb etməsi faktiki olaraq hakimiyyətin Qərblə münasibətlərinin pisləşməsi ilə nəticələndi. Azərbaycan hakimiyyəti isə problemləri həll etmək əvəzinə bu problemlər haqqında açıq danışan Qərb strukturları ilə münasibətləri gərginləşdirməyə üstünlük verdi. Qərb dövlətlərinə və onların təşkilatlarına qarşı gözdənsalma kampaniyası başlandı. Rusiyanın Krımı işğalından sonra Azərbaycan hakimiyyəti repressiyaları gücləndirdi, Qərbdən tədricən uzaqlaşaraq Rusiyaya meyllənməyə başladı. Görünür, Azərbaycanın hakim dairələri Ukrayna böhranı ilə bağlı Qərblə Rusiya arasında konfliktin uzun müddət davam edəcəyi və beləliklə də Qərbin Azərbaycandakı proseslərə göz yummaq məcburiyyətində qalacağını proqnozlaşdırırlar. Amma etiraf etmək lazımdır ki, onlar bu məsələdə müəyyən qədər olsa da yanılıblar. Rusiyanın aqressiv mövqeyindən geri çəkilərək, müəyyən məsələlərdə Ukrayna ilə razılaşmalara getməsi, Qərbdən ehtiyatlanması öz potensialına o qədər də arxayın olmamasından irəli gəlir. Azərbaycan hakimiyyətinin repressiyaları şiddətləndirməsi Qərbdə çox ciddi narahatçılıq yaratdı. Təkcə bir həftə ərzində Avropa Parlamentinin qətnaməsi və Obamanın çıxışı göstərdi ki, Qərb Azərbaycanda demokratiya üçün yaranmış qorxulu vəziyyətdən xəbərdardır və kifayət qədər bu vəziyyətə sərt münasibət olub. Hakimiyyətin bu siyasətdən əl çəkmək niyyətində olmaması Qərbdə vəziyyətin dəyişməsi üçün daha ciddi addımlar atılmasına çağrışlara səbəb olur. Qərbin üstünlük verdiyi dəyərlərə Azərbaycanda hakimiyyətin düşməncəsinə münasibəti ciddi tədbirlərin görülməsini çoxdan zəruri edib. Polşa Şərq Aradşdırmalar Mərkəzinin və Human Right Vatch təşkilatının Azərbaycanda mövcud olan kritik durumun aradan qaldırılması ilə bağlı fikirləri və çağırışları vəziyyətin son dərəcə ağır olmasından irəli gəlir.
Xəyal