Avropa Parlamentinin Yaşıllar fraksiyası azərbaycanlı hüquq müdafiəçisi, hazırda həbsdə olan Leyla Yunusun “Saxarov” mükafatına namizədliyini irəli sürüb.
Mükafatı 1988-ci ildə Avropa Parlamenti təsis edib. Mükafat insan haqları uğrunda mübarizə aparan və buna görə hakimiyyətlərin ciddi təzyiqlərinə məruz qalan şəxslərə verilir.
azadliq.info