Serj Sərkisyan türkiyəli həmkarını “erməni soyqırımının 100 illiyi” tədbirlərində görmək istəyir
Türkiyə prezidenti seçilmiş keçmiş baş nazir Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Çankayanın (Türkiyə prezidentlərinin rəsmi iqamətgahı-red.) yeni sahibinə maraqlı dəvət ünvanlayıb. XİN rəhbəri Ərdoğanı 2015-ci ildə keçirilməsi planlaşdırılan “1915-ci il erməni soyqırımının 100 illiyi” tədbirlərinə qatılmaq üçün Ermənistana dəvət etdiyini açıqlayıb. Nalbandyan bildirib ki, Ərdoğanı prezident Serj Sərkisyanın göstərişi ilə Ermənistana dəvət edib. Erməni nazir Ərdoğanın dəvəti dəyərləndirəcəyinə ümid etdiyini söyləyib.
azadliq.info