Keçmiş “Yeni fikir”çi Səid Nuri Azərbaycana gələ bilmir. Bu barədə “Azadlıq”a məlumatı Səid Nuri özü verib. Onun sözlərinə görə, Azərbaycana gəlmək istəsə də, ABŞ-dakı konsulumuz viza vermir. 2005-ci ildə ona edilən təzyiqlərə görə ölkəni tərk edərək ABŞ-dan sığınacaq alan S.Nuri 2012-ci ildə buranın vətəndaşlığını alıb. Bundan sonra 3 dəfə Azərbaycana gələn Səid Nuri heç bir maneəylə üzləşməyib. Yəni, konsulluqdan viza ala bilib. İndi atasının vəziyyətinin ağır olmasına görə Azərbaycana gəlmək istəyən S.Nuri bürokratik əngəllərlə üzləşib. Ona 2 günə viza veriləcəyi vəd edilib. 10 gündən artıq zaman keçsə də heç bir irəliləyiş yoxdur.
Məsələylə bağlı Xarici İşlər Nazirliyiylə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.