“Mən sizin ədalət hissinizə müraciət edirəm: öz ölkəsinin gələcəyi barədə dərindən düşünən vətəndaşınız barədə düzgün qərar qəbul edin”
Bir qədər əvvəl “Amnesty International” Murad Ədilovun həbsinə görə dünya ictimaiyyətinə çaırış etmişdi. Çağırışda dünyanın vicdanı ayıq kəsimindən xahiş edilirdi ki, siyasi fəallığına görə şərlənərək həbs edilən və saxlanma yerində işgəncə görən, müdafiə hüququ kobud şəkildə pozulan Murada görə dövlət başçısı İlham Əliyev və baş prokuror Zakir Qaralova müraciətlər göndərilsin. Bu müraciətə qoşulanlardan biri Muradın qardaşı, qəzetimizin əməkdaşı Natiq Ədilovun ABŞ-da müəliməsi olmuş Shari Deghidir.
San Fransiskoda yaşayan xanım Shari Murad Ədilovun həbsi ilə bağlı “Amnesty International”ın narahatlığını bölüşür və dövlət başçısından xahiş edir ki, beynəlxalq qanunlara hörmət bəsləyərək, Muradın pozulan hüquqlarının bərpası üçün səlahiyyətlərindən istifadə etsin. Məktubda Muradın vəkillə təminatında yaranan problemin də dərhal aradan qaldırılmasının vacibliyi vurğulanıb.
“ Prezident İlham Əliyev, mən sizin ədalət hissinizə müraciət edirəm: öz ölkəsinin gələcəyi barədə dərindən düşünən vətəndaşınız Murad Ədilov barədə düzgün qərar qəbul edin”, – deyə amerikalı müəllimə məktubunda yazır.
azadliq.info