Yasamal rayonu, Xıdır Mustafayev küçəsində 3 mərtəbəli bina sökülüb. Söküntünü həyata keçirən Bakı şəhər Icra Hakimiyyəti hansı səbəbdən bu addımın atıldığı barədə heç bir izahat vermir.
Sökülən bina Mübariz Əsədov adlı şəxsə aiddir. Əsədovun dostuÿRasim Nuriyevÿ”Azadlıq”a açıqlamasında bildirib ki, söküntü tam qanunsuzdur. Söküntünü həyata keçirənlərin əlində bu haqda heç bir məhkəmə qərarı yoxdu.
“Bəs söküntünün real səbəbi nədir?” sualına o, ehtimalla cavab verərək bildirib ki, həmin evi “Nurçuların dərsanəsi” kimi qələmə verib, elə bu bəhanə ilə də oranı yerlə-yeksan edirlər.
Xatırladaq ki, bu ilin aprelində həbs olunan və “Nurçu” dini icmasına aid olduğu söylənilən 3 nəfərin (hazırda onlar Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır) dərsanə kimi yığışdığı daha bir üçmərtəbəli bina yuxarıda qeyd olunan küçədə sökülərək dağıdılmışdı.
S.Novruz