Hazırda həbsdə olan NİDA Vətəndaş Hərəkatının daha iki üzvü vəkil Elçin Sadıqovun xidmətindən imtina edib. NİDA-çı fəallar Rəşad Həsənov və Üzeyir Məmmədli onların müdafiəsi üçün indiyədək gördüyü işə görə Elçin Sadıqova minnətdarlığını ifadə edərək, bundan sonra onun xidmətindən imtina etdiklərini bəyan ediblər. Bu barədə NİDA Vətəndaş Hərəkatı məlumat yayıb. Xatırladaq ki, bir neçə gün əvvəl həbsdə olan başqa bir NİDA-çı Rəşadət Axundov da Elçin Sadıqovun müdafiəsindən imtina etmişdi.
İstisna deyil ki, NİDA-çı fəalların bu addımı Elçin Sadıqovun da təmsil olunduğu Media Hüququ İnstitutunun Azərbaycanda siyasi məhbuslarla bağlı vahid siyahını imzalamaqdan imtina etməsi, həmçinin vəkilin özünün də bugünlərdə mətbuata müsahibəsində İlham Əliyevin siyasətini dəstəklədiyi haqda bəyanatı ilə əlaqədardır.
Aytən