“Hakimiyyət subut etdi ki, cəmiyyətin məlumatlı olması onun üçün nə qədər qorxuludur”
“Azadlıq” qəzetinin çapını dayandırmağa məcbur edilməsi cəmiyyətdə geniş etiraz doğurub. Etiraz edənlərdən biri də politoloq Fikrət Cəfərlidir. F.Cəfərli bildirir:
“Azadlıq” qəzetinin çapının dayandırılması və müxtəif yollarla qəzetin oxucularını, oxucuların isə qəzeti itirməsinə çalışmaq çox üzücü haldır. Hakimiyyət mənsubları bununla azad sözü boğa biləcəklərinə ümidlidirlərsə, çox yanılırlar. Onlar bir şeyi unutmasınlar ki, artıq mətbuatı susdurmaqla yeni tipli diktatura qurmaq mümkün deyil. Müasir dünyada yeni dövrun başlanması Ukrayna-Rusiya münasibətləri ilə gündəmə gəldi. İnkişaf etmiş ölkələr Rusiya düşüncəli başlara bir daha göstərdi ki, savaşla nəyəsə nail olmaq mümkün deyil. Uğur qazanmaq üçün açıq cəmiyyətin inkişafında mühüm rol oynayan mətbuatın inkişafına nail olmaq lazımdır.
KİV-i susdurmaq təbi ki,diktatorlara xas olan xususiyyətdir. Onlar həmişə cəmiyyətin məlumatsız saxlanmasında maraqlı olur. Bu gün hakimiyyət “Azadlıq” qəzetini məcburi susdurmaqla bir daha subut etdi ki, cəmiyyətin məlumatlı olması onun üçün nə qədər qorxuludur.
Cəmiyyətin operativ və obyektiv məlumatlandırılmasında “Azadlıq”ın rolu mühüm və danılmazdır. Bu qəzeti sıradan çıxarmaq isətyində olanlar bir şeyi anlamalıdırlar ki, Azərbaycandan nə Şimali Koreya, nə d ə Belarus düzəltmək münkün olacaq. Azad cəmiyyət qurmaq istəyən xalqın müqaviməti qarşısında dayanmaq özünə qəsddir. Əminəm ki, azad cəmiyyət quruculuğunda mayak rolunu oynayan “Azadlıq” qəzetinin müdafiəsi və çapının yenidən bərpası üçün hər kəs əlindən gələni edəcək”.