Beynəlxalq Qüds Günü ilə əlaqədar bu gün bir qrup inanclı İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib. Aksiyaçılar İsrail əleyhinə şüarlar səsləndiriblər. Aksiyanı İslam Partiyası təşkil edib.
Polis dərhal aksiyaya müdaxilə edib və onun qarşısını alıb. Bir neçə nəfər saxlanılaraq Yasamal rayon 27 və 26-cı polis bölmələrinə aparılıblar.