Masallı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttlişliyinin Cənub regional idarəsinin rəisi Ərəstun Əbilovun oğlu polisə müqavimətə görə, Masallı rayon məhkəməsinin qərarı ilə15 günlük həbs olunub.
Rayon sakinlərinin verdiyi məlumata görə, Sədi Əbilov rayonda nömrəsiz və kustar üsülla hazırlanmış pərdədən istifadə edirərək “Niva” markalı avtomobillə hərəkət edirmiş. Bu zaman Masallı DYP-nin əməkdaşları onu saxlasa da, məmur oğlu yenə də polisə tabe olmaq istəməyib. Polisə müqavimət göstərməyinə baxmayaraq onun idarə etdiyi avtomobil cərimə meydançasına aparılıb və barəsində tədbir görülüb.
Rayon sakinlərinin verdiyi məlumata görə, Sədi Əbilovun belə bir hərəkət etməsinə səbəb atasının vəzifədə olmasıdır. Məlumat üçün bildirək ki, Sədi Əbilov bir müddət öncə Masallı rayon İşıq idasəinin satış şöbəsinin rəisi vəzifəsində çalışıb. İşinin öhdəsindən gələ bilmədiyinə görə, vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, Ərəstun Əbilov YAP-ın yaradılmasında əməyi olan “91”lərdən biri olan Şirvan Əbilovun oğludu. Şirvan Əbilov eyni zamanda uzun müddət YAP-ın masallı rayon təşkilatının sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Masallaı rayon şöbəsinin rəhbəri olub.
Xatırladaq ki, bu ilin may ayında Ruslan adlı şəxs Masallı rayon polis şöbəsinin yol patrul xidmətinin əməkdaşı Ariz İsmayılov xidmətdə olarkən bıçaqlayıb. Ruslanın Ərəstun Əbilovun yaxın qohumudu.