Mətanət Axundova: «Balalarımızı nahaqdan həbs edənləri Allaha tapşırıram…»
Araz Qurbanlı: «Başqasının balasını nahaqdan həbs edən və ya həbsdə saxlayan adam öz balasının üzünə necə baxır?»
“NIDA” Vətəndaş Hərəkatının həbsdə olan 8 fəalı- Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı, Ilkin Rüstəmzadə, Üzeyir Məmmədli, Bəxtiyar Quliyev, Məmməd Əzizov və Şahin Novruzludan sonra onların valideynləri də aclıq aksiyasına başlayıb. Bu barədə gənc fəalların valideynləri dünən keçirdikləri mətbuat konfransında məlumat veriblər.
Xatırladaq ki, aprelin 17-də keçirilən məhkəmə iclasında prokuror çıxış edərək, gənc fəallara 6 il yarımdan 8 il yarıma qədər həbs cəzasıistəyib. Bundan dərhal sonra NIDA-çılar azadlığa buraxılmalarıtələbilə aclıq aksiyasına başladıqlarınıbəyan ediblər.
Mətbuat konfransında məlumat verilib ki, gənclər aprelin 17-dən başlanan aclığıdavam etdirirlər. Baxmayaraq ki, onların bir çoxunun səhhətində ciddi problemlər var və aclıq kəskin fəsadlar verə bilər.
“Allah onlara balalarından, nə vələrindən göstərsin”
Həbsdəki NIDA-çılardan Rəşadət Axundovun anasıMətanət xanım bildirib ki, heç bir günahıolmayan gənclərə uzunmüddətli həbs cəzalarıistənilməsi insanlıqdan kənar hərəkətdir: “Bu gənclərə qarşıo qədər ədalətsizlik oldu ki, bu miqyasda haqsızlığıheç təsəvvürümə gətirə bilməzdim. Altıaydır məhkəmə gedir, gənclərin, konkret Rəşadətin günahkar olduğunu göstərən bircə sübut da ortaya qoya bilmədilər. Rəşadətlə bağlıcinayət xarakterli nəinki əməl, hətta söz belə tapıb çıxara bilmədilər. Heç bir sübut olmaya-olmaya 8 il yarım iş istəmək insanlıqdan kənar hərəkətdir. Ürəyimdə cüzi də olsa, hakimə ümidim var. Çünki o, altıaydır bu uşaqlarla təmasdadır, onların hansısavadın, qabiliyyətin sahibi olduğu görür. Bunlar adam öldürməyib, oğurluq etməyib, ümumiyyətlə, heç bir cinayət törətməyiblər. Günahlarıodur ki, əsgərlərin ölümlərinə etiraz etmək istəyiblər.
Bir ana olaraq mən bilirəm ki, bu səkkiz uşağın valideynləri 1 il 1 aydır hansıəzablarıçəkirlər. Mən balalarımızınahaqdan həbs edənləri Allaha tapşırıram. Allah onlara balalarından, nəvələrindən göstərsin. Allah onlara elə bir dağ çəksin ki, görsünlər bala dərdi nə deməkdir”.
“O prokurorun balası yoxdurmu?”
Zaur Qurbanlının atası Araz Qurbanlı oğlu da daxil olmaqla, günahsız insanları həbs edən və bu haqsızlığıdavam etdirənlərə səslənib: “Ar olsun o insana ki, öz sənətinə hörmət eləmir, vicdanı qarşısında hesabat vermir. Başqasının balasınınahaqdan həbs edən və ya həbsdə saxlayan adam öz balasının üzünə necə baxır? Günahsız uşaqlara bu cür ağır cəza istəyən prokurorun övladıyoxdurmu? Heç bir valideyn o prokuroru bağışlamayacaq. Heç olmasa, hakim nəticə çıxarsın”.
Araz Qurbanlı hakimiyyətə də mesajlar ünvanlayıb: “Hakimiyyət gənclərə qarşıdiqqətli olsun. Prezident Administrasiyasında gənclər sektoru açmaqla iş bitmir, bütün gənclərə eyni gözlə baxmaq lazımdır. Əgər ölkədə insanlar üçün normal yaşayış təmin olunsaydı, vətəndaşların hüquq və azadlıqlarına hörmət edilsəydi, bu gənclər hökumətə etiraz edərdimi? Bunu da düşünmək lazımdır”.
Zaur Qurbanlının anası Səkinə xanım həbsdəki NIDA-çıların onları ittiham edənlərdən istər savad, istər qabiliyyət baxımından qat-qat üstün olduğunu vurğulayıb: “Prokuror özü də hiss elədi ki, Rəşadət, Zaur və digərləri ondan qat-qat savadlıdır, güclüdür. Zaur ifadəsində heç bir təhqirə yol vermədən, qanun çərçivəsində hüquqi baxımdan onlarısusdurdu. Hakimiyyət qorxur ki, bu uşaqlarıazadlıqda saxlamaqla özümə rəqib qazanaram. Onu fikirləşmirlər ki, belə eləməklə insanlarıdaha da aqressivləşdirirlər”.
Keçmiş siyasi məhbus Tural Abbaslının anası Başxanım Abbasova NIDA-çı gənclərin valideynlərinə dəstəyini ifadə edərək, aclıq aksiyasına qoşulmaq niyyətində olduğunu bildirib: “Hakimiyyət bu qədər haqsızlıq edirsə, deməli, xalqınısevmir. Bu hakimiyyət ömrükdən kəsib türmələrə doldurduğu gənclərdən qorxur. Bəzən deyirlər ki, prezidentin xəbəri yoxdur. Xəbəri yoxdursa, deməli, yerində deyil, yox, xəbəri varsa, tədbir görmürsə, deməli, prezident deyil. Bu cür işıqlıgəncləri həbsdə saxlayan iqtidar xalqın, dövlətin gələcəyinin düşmənidir.
Mən övladı uzun müddət nahaqdan həbsdə olan ana kimi sizləri tam başa düşürəm. Ona görə özüm də aclığa qoşulmağa hazıram. Amma hakimiyyət də bir şeyi yaddan çıxarmasın; Allah deyir ki, pis əməli etmə, yoxsa özünə, illah da balana eləyərəm. Bu günlərdən onların balalarıüçün də var”.
“Bu hakimiyyətin məntiqi şikəstdir”
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı belə vicdanlı, işıqlı övladlar böyütdüklərinə görə NIDA-çıların valideynlərinə minnətdarlığını ifadə edib: “Sizlər ən ləyaqətli valideynlərsiz, qarşınızda baş əyirik! Bu proses boyu daim sizinləyik!”.
Əbülfəz Qurbanlı həbsdəki NIDA-çıların aclığı dayandırmasının vacibliyini vurğulayıb: “Onlarıaclığıdayandırmalarıüçün yola gətirməyə çalışmalıyıq. Onların azadlığa çıxmasına nail olmaq üçün nə mümkünsə, hər birimiz etməliyik”.
“RespublikaçıAlternativ” (REAL) Hərəkatının icra katibi Natiq Cəfərli də bildirib ki, bu hakimiyyət məntiqi şikəstdir: “Hesab edirlər ki, problemlərdən danışanlarıhəbs etmək lazımdır. Bu məntiq pinti adamın zibili xalçanın altına süpürməsi nə bənzəyir. Başa düşmürlər ki, tənqid edənlərin hamısınıtürməyə salsalar da, problem həll olunan deyil. Normal, ağlıbaşında hakimiyyət fikirləşərdi ki, onsuz da ətrafımız yaltaqlarla doludur, qoy, tənqid edənlərin sayıçox olsun ki, biz də problemlərin nədən ibarət olduğu bilək. Ancaq bunlar başqa yol seçirlər. Çünki probleməri həll eləmək üçün ağıllıhakimiyyət lazımdır. Bunlara elə gəlir ki, savadlı, ağıllıadamlarıhəbs eləməklə təhlükənin qarşısınıalırlar. Halbuki, dövlət üçün əsas təhlükə elə onların özlərindən gəlir. Çünki dövləti dağıdırlar, dövlətçiliyi çilik-çilik ediblər”.
“Bu cür gəncləri türməyə salmaq Azərbaycanın kisəsindən gedir”
Gənc fəallardan Şahin Novruzlunun atasıIbrahim Novruzlu deyir ki, günahsız övladına prokurorun 6 il 6 ay həbs cəzasıistəməsindən də çox MTN-in onun barəsində yalan məlumat verməsindən təsirlənib.
Qeyd edək ki, Şahin Novruzlu həbs olunarkən 18 yaşıtamam olmadığından onun dindirilməsində qanuni nümayəndə kimi valideyni iştirak etməli idi. Iş materiallarında da göstərilib ki, dindirmədə Şahinin atasıda iştirak edib. Lakin Ibrahim Novruzlu məhkəmədə bildirib ki, o, heç vaxt MTN-də olmayıb, heç bir dindirmədə də iştirak etməyib. Bununla əlaqədar məhkəmə MTN-ə sorğu göndərib. Sorğuya cavabda göstərilib ki, Şahin bu qurumda 3 dəfə dindirilib və hamısında atasıiştirak edib.
“17 yaşlıkörpə ilə prinsip apararlar? Orta Doğu Universitetini fərqlənmə ilə bitirmiş Rəşad, Macarıstanda təhsil almış Rəşadət, öz gücü, savadıhesabına BDU-nun hüquq fakultəsinin məzunu olmuş Zaur, Üzeyir kimi gəncləri türməyə salmaq Azərbaycanın kisəsindən gedir”, – deyə Ibrahim Novruzlu əlavə edib.
AXCP Gənclər Komitəsinin sədri Ilham Hüseyn siyasi məhbusların, o cümlədən NIDA-çıların azadlığa buraxılmasıtələbilə bu həftənin əvvəlindən başlatdıqlarıkampaniya barədə danışıb. Qeyd edib ki, nəticədən asılıolmayaraq, hamılıqla bu işi davam etdirmək vacibdir: “Bu gün əyninə qara mantiya geyinmiş hakimlər özləri qara qüvvələrin müdafiəçisinə çevriliblər. Bu gəncləri açıb buraxsalar belə, yenə də cavab verməlidilər, çünki onların ömründən heç bir günahlarıolmadan il yarımlarınıoğurlayıblar. Biz bu kampaniyanıhəm də ona görə başlamışıq ki, bəlkə bu hakimiyyət yerli və beynəlxalq ictimaiyyət arasında biabır olduğunu görüb azacıq utanar. Amma proseslər göstərir ki, bunlarda utanmaq hissi yoxdur. Heç nəyə baxmayaraq, kampaniyanın gündəmdən çıxmasına imkan verməməliyik”.
Etiraz aksiyaları
Tədbirin sonunda NIDA-nın Idarə Heyətinin üzvü Ülvi Həsənli bildirib ki, hakimiyyət gənc fəallar barəsində qanunsuz, sifarişli hökmün sükutla qarşılanacağınıdüşünürsə, yanılır: “Məhkəmə hökmü ərəfəsində müxtəlif formalarda etiraz aksiyalarıolacaq. Biz beynəlxalq təşkilatlarla da əlaqə qururuq. Bildiyiniz kimi, ”Amnesty International” NIDA-çılarla bağlıimzatoplama kampaniyasına başlayıb. Yerli ictimaiyyəti də bu kampaniyada fəal iştiraka çağırırıq”.
Aytən Məmmədova