Siyasi məhbuslar Tofiq Yaqublu və Yadigar Sadıqov Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki fonduna maliyyə köçürüblər və seçiciləri ona səs verməyə çağırıblar.
Məlumatı sentyabrın 16-da Bakı İstintaq Təcridxanasında Yadigar Sadıqovla görüşən hüquq müdafiəçisi Elman Fəttah “Media forum”a verib. E.Fəttah deyib ki, Yadigar Sadıqov hamını Cəmil Həsənlinin seçki kampaniyasında fəal iştiraka çağırır.
“Həbsimiz səbəbindən seçki kampaniyasında şəxsən iştirak edə bilməməyimizə təəssüflənirik. Cəmil Həsənlinin bank hesabına Tofiq Yaqublu və Yadigar Sadıqov olaraq iyirmi manat yardım edirik. Demokratiya tərəfdarlarını xalqın namizədinin bank hesabına maddi yardıma dəstək olmağa səsləyirik”, – deyə Y.Sadıqov hüquq müdafiəçisi vasitəsilə mesaj çatdırıb.