Mirqafar Seyidovla bağlı qalmaqal barədə yeni məlumatlar
Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi Mirqafar Seyidovun krminal aləmdə “Rövşən Lənkəranski” kimi tanınam “qanuni oğru” Rövşən Canıyevlə görüşməsinə dair iddialarla bağlı yeni məlumatlar yayılıb. Əvvəlcə xatırladaq ki, Mirqafar Seyidovla Rövşən Lənkəranskinin görüşü barədə xəbəri haqqin.az saytı “Habertürk”ə istinadən yayıb. Saytın xəbərin skrin şotunu da dərc edib.
Həmin xəbərə Mirqafar Seyidova oxşayan adamın şəkli verilib. Bildirilib ki, bu Qafar adlı bu şəxs başqa bir “qanuni oğru” “Qoca” ləqəbli Əlibala Həmidovun ölümündən bir neçə gün əvvəl Rövşən Lənkəranski ilə Istanbulda (Əlibala Həmidov da Istanbulda öldürülüb) görüşüb. Lakin “Yeni Müsavat” “Habertürk”də belə bir xəbərin olmadığın, skrin şotun isə saxta olduğunu yazıb.
“Reytinq” qəzeti isə məlumat yayıb ki, “Qoca”nın ölümünün siyasiləşməsində və beləliklə də bu tip məlumatların ortaya çıxmasında DIN-lə, konkret daxili işlər naziri Ramil Usubovla qarşıdurma həddin olan MTN-dəki bəzi qüvvələr də maraqlıdır. Məlumatda daha sonra deyilir ki, bu qüvvələr DIN-lə “haqq-hesab” çəkmək istəyirlər. Bütün bunlara isə MTN generallarından biri rəhbərlik edir.