Bu gün Bakının Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 95-ci ildönümüdür. Bu münasibətlə Şəhidlər xiyavanı yad edilir, müxtəlif tədbirlər keçirilir.
Səhər saatlarında Türkiyənin Bakıdakı səfirliyinin təşkil etdiyi xatirə tədbiri şəhid olan anadolulu və azərbaycanlıların xatirələrini yad edilməsi üçün Şəhidlər xiyabanında keçirilib.
Milli Şura rəhbərliyi də Şəhidlər xiyabanını ziyarət edib. Ziyarətdə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər, AXCP sədrinin müavini Nurəddin Məmmədli, KXCP sədri Mirmahmud Mirəlioğlu və Milli Şuraya daxil olan partiyaların üzvləri iştirak ediblər.