“İran hakimiyyəti vətəndaşları milli əlamətinə görə bölməməlidir”, – Milli Məclisin deputatı Qənirə Paşayeva “Obyektiv TV”yə (obyektiv.tv) müsahibəsində bildirib. O, bu yaxınlarda İrandan qayıdıb.
Q.Paşayevanın sözlərinə görə, onu Şərqi Azərbaycan əyalətində zəlzələ zonasına buraxmayıblar. Lakin Təbrizdə yerli sakinlər çoxlu adamın itkin düşdüyü, uçqunlar altında qaldığı, yardıma ehtiyacı olanlar haqda məlumat veriblər. Çadırların mərkəzləşdirilmiş qaydada gətirilməməsi, axtarış briqadaları, həkim, yemək, hətta içməli suyun, mütəşəkkil yardımın olmaması narahatlıq doğurur.
Rəsmi versiyaya görə, 306 nəfər həlak olub, əslində qurbanların sayı daha çoxdur. Buna baxmayaraq, hakimiyyət tərəfindən matəm bütün ölkə boyunca deyil, əyalətdə elan olunub. İran qonşu Türkiyənin yardımından imtina edib. Azərbaycandan aparılan humanitar yüklər təyinatı üzrə çatdırılmayıb, yerli KİV isə bildirib ki, “Azərbaycandan gələn yük maşınları yollarda tıxac yaradıblar ki, nəticədə hökumətin zərərçəkənlərə yardım etmək cəhdləri iflic vəziyyətinə düşüb”. Bu cür absurd fikirlərə şərh vermək artıqdır”, – deputat vurğulayıb.
Azərbaycanın İrandakı səfirliyi, Azərbaycan XİN miqyaslı yardım təklif ediblər, lakin Tehran cavab verib ki, fəlakətin nəticələrinin aradan qaldırılması üçün bütün zəruri şeylərə malikdir.
Bu fonda uzaq Somali hakimiyyətinin münasibəti təqdirəlayiqdir. Deputat bu yaxınlarda Somalidə də olub. Ölkə prezidenti, səhiyyə və mədəniyyət nazirləri humanitar fəlakət yerinə gəliblər, Q.Paşayevanın uşaqlar, qocalar və əlillərə yardım göstərilməsi üzrə tibbi briqadanın tərkibinə daxil edilib.
Somalidə iki azərbaycanlı həkim çalışır və heç bir məhdudiyyət, “düşmən axtarışı” yoxdur”, – deputat əlavə edib.