“Eurovison”la bağlı təşkilat komitəsinin rəhbəri arzuolunmaz suallardan ehtiyatlanıb
“Eurovision” diqqəti çəkən məqamlardan biri də mahnı müsabiqəsilə bağlı yaradılmış təşkilat komitəsinin rəhbəri, dövlət başçısı Ilham Əliyevin xanımı Mehriban Əliyevanın medianın qarşısına çıxmaması oldu.
Halbuki “Eurovision”a hazırlıq işləri, mahnı müsabiqəsi ilə bağlı bütün məsələlər təşkilat komitəsinin adı ilə bağlıdır. Bu baxımdan Mehriban Əliyevin yarışma ərəfəsində yerli və beynəlxalq medianın qarşısına çıxaraq görülən işlər barədə geniş danışacağı gözlənilirdi. Digər tərəfdən bu həm də “Eurovision”la bağlı rəsmi təbliğatın bir tərkib hissəsi hesab edilirdi. Lakin bu baş vermədi. Redaksiyamıza sızan məlumatlara görə, Mehriban Əliyevanın media qarşısına çıxmaması təsadüfi deyil. Bildirilir ki, “Eurovison” ərəfəsində beynəlxalq mediada Azərbaycan iqtidarı, xüsusilə hakim ailə barədə dərc edilən materiallar Mehriban Əliyeva üçün ehtiyatlı tərpənmək zərurəti yaranıb. Yəni, o, Bakıda əcnəbi jurnalistlərin arzuolunmaz sualları ilə qarşılaşa biləcəyindən ehtiyat edib. “Adətən Azərbaycana xaricdən gələnlər Heydər Əliyev Fonduna da baş çəkir. Bu dəfə qonaqların Fonduna aparılmaması da həmin ehtiyatlılıqdan irəli gəlir”, deyə məlumatda bildirilir.
Hikmət