Seçki bitsə də, saxtakarlığı əks etdirən görüntülər bitmək bilmir. Hər gün namizədlər, müşahidəçilər tərəfindən saxtakarlıqların əks olunduğu yeni-yeni foto və video görüntülər yayılır. Növbəti belə görüntü 79 saylı İmişli seçki dairəsindən yayılıb. Təbii ki, bundan öncə də bəhs olunan dairədən belə video və fotolar təqdim etmişik. Bu kadrda günorta olmasına baxmayaraq məntəqəyə heç bir seçicinin daxil olmadığı görünür. Məntəqə səlahiyyətliləri isə vəziyyətdən çıxış yolunu bülletenləri öz aralarında bölüb, işarələməkdə görürlər.