“Real” (Madrid) klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo “Qızıl buts” mükafatının təqdimatı zamanı maraqlı açıqlamalar verib. O, Türkiyə millisi və millinin hücumçusu Arda Turan haqda xoş sözlər deyib:
“Ardanı çox bəyənirəm. Qabiliyyətləriylə İspaniya Liqasına rəng qatır. Onun transfer həqiqətən hər kəsi çaşdırdı. Təəssüf ki, yanvara qədər bizimlə deyil. Həm bir futbolçu, həm də futbolsevər biri kimi belə düşünürəm. Hər kəs onun meydanda olmasını istəyir. Ümid edirəm ki, bir həll yolu tapılacaq. ”
Ronaldo Türkiyə millisini də tərifləyib: “Açığı, finala qatılmanız məni sevindirdi. Türkiyə onsuz da bunu layiq idi. İnanıram ki, türk azarkeşlər çempionata rəng qatacaq. Türkiyəyə və xüsusilə Ardaya turnirdə uğurlar diləyirəm”
azadliq.info