Sumqayıtdan Bakının Səbayel rayonuna icra başçısı gətirilən Eldar Əzizov oradakı “ssenarisini” burada da həyata keçirməyə başlayıb.
Rayon sakinlərinin verdiyi məlumata görə, artıq bir neçə ev, xırda ticarət obyektləri sökülüb.
Söküntünün birinci dalğasına Səbayelin Badamdar qəsəbəsində start verilib. Bu prosesin hazırda da davam etdiyi bildirilir.
Qeyd edək ki, Eldar Əzizov bundan əvvəl Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı olub. Onun Sumqayıtdakı bu cür addımları köçkün ailələri və sahibkarlar tərəfindən daim etirazla qarşılanıb. (Modern.az)