«Aksiyalar Rusiya xüsusi xidmət orqanları tərəfindən hazırlanır»
Moldovadakı Liberal Partiyasının sədr müavini, paytaxt Kişinyovun meri Dorin Kirtoake Kremli ölkəni qarışdırmaqda ittiham edib. Onun sözlərinə görə, Moldovadakı son etirazların təşkilatçısı Moskvadır. Paytaxt meri solyönümlü müxalifətin etirazlarının Rusiya xüsusi xidmət orqanlarıÿtərəfindən hazırlandığını bildirib:ÿ “Müxalifət, konkret olaraq Sosialist Partiyasının sədri Iqor Dodon və Bizim Partiyanın sədri Renat Usatıy Kremldən dəstək alır. Moldovadakı qeyri-sabitliyin səbəbkarı Rusiyadır”.
Mer Kirtoake “Ləyaqət və həqiqət” Vətəndaş Platformasının təşkil etdiyi etirazlara qarşı çıxmadıqlarını bildirib.ÿDediyinə görə, bu qurum Moldovanın Avropanın yolu ilə getməsini tələb edir. Digər iki müxalifət partiyası isə Moldovanı Rusiyanın təsiri altında saxlamaq xəttini müdafiə edir.
Qeyd edək ki, Kişinyovda etirazlar bu ilin sentyabrında başlayıb. Buna səbəb “əsrin oğurluğu” adını alan mənimsəmə faktıdır. Etirazçılar hökumətin ölkənin üç nəhəng bankından 1 milyard avro çıxararaq offşor zonalara yerləşdirdiyini iddia edir.
“Ləyaqət və həqiqət” Vətəndaş Platforması Moldovada növbədənkənar parlament seçkilərinin keçirilməsini, prezidentin istefasını və oğurlanan 1 milyardın ölkəyə qaytarılmasını tələb edir.
Sentyabrın 25-dən isəÿBizim Partiya parlament binasıÿönündə yüzlərlə çadır quraraq fasiləsiz etiraz aksiyasınaÿbaşlayıb.