Rusiya Suriyada hərbi əməliyyatları davam etdirdiyi vaxtda, Moskva mağazalarında “Əsədi dəstəklə” yazılı köynəklər satışa çıxarılıb.
Bu köynəklər Moskvanın ən işlək prospektlərindən biri olan Tverskayada hərbi paltar və aksesuar satan “Armiya Rosiya” (Rusiya Ordusu) mağazasında satışa çıxarılıb. Köynəklərin üzərinə “Əsədin dəstəklə” yazısından başqa, Rusiya döyüş təyyarələrinin reallaşdırdığı hava hücumlarının şəkilləri də həkk olunub.
Köynəklərin satış qiyməti 1399 rubldır (23 dollar).
azadlıq.info