Qırğızıstan prezidenti Almazbəy Atambayev imzaladığı fərmanla müdafiə naziri Abibilla Kudayberdiyevi vəzifəsindən azad edib. O, vəzifədən sui-istifadədə günahlandırılır. Müdafiə naziri ilə yanaşı bir çox yüksək rütbəli hərbçinin də vəzifəsindən azad edildiyi bildirilir.
Qırğızıstan Milli Təhlükəsizlik Şurasının (MTŞ) və hərbi prokurorluğun birgə araşdırması nəticəsində, onların büdcədən 12 milyon somun (174 min dollar) mənimsədiyi ortaya çıxıb.
azadlıq.info