Ankarada 97 insanın ölümü ilə nəticələnən terror aktına NATO-nun baş katibi Yens Stoltenberq də münasibət bildirib. Baş katib Türkiyənin bir neçə dəfə belə hücumlara məruz qaldığını vurğulayıb və ölkənin özünü müdafiə hüququnun olduğunu bildirib.
NATO Parlament Assambleyası konfransında çıxış edən baş katib, NATO-nun “Soyuq Müharibə” dövründən bu yana Şərqi Avropada ilk dəfə bu qədər güclü olduğuna diqqət çəkib. Yens Stoltenberq, bu coğrafiyada yerləşən müttəfiqlərini qorumağa hazır olduqlarını da ifadə edib: “Şərqdəki müttəfiqlərimizi qorumağa hazır olduğumuz kimi, Türkiyəni də qorumağa hazırıq. Türkiyə NATO-nun köməyinə ehtiyac duyarsa, NATO orada olacaq”.
Rusiyanın Suriya siyasəti
Rusiyanın Əsəd rejiminə verdiyi dəstəyin bölgədəki böhranın uzanmasına yol açacağını söyləyən Yens Stoltenberq, Rusiyanın İŞİD-lə mübarizə üçün konstruktiv rol oynamasının lazım olduğunu bildirib və Əsəd rejiminə dəstək verilməsini əsas şərt kimi irəli sürüb.
azadliq.info