Avropa Birliyi (AB) xarici siyasət rəhbəri Federica Mogherini Rusiyanı Suriyada İŞİD-ə qarşı aparığı əməliyyatlarda dəqiq olmağa çağırıb. O, Suriyada hərbi mübarizənin BMT-nin təyin etdiyi terror təşkilatlarına qarşı aparılmalı olduğunu bildirib: “Rusiya Suriyada oyunun qaydalarını dəyişdirdi. Rusiyanın Türkiyə hava məkanını pozması da ciddi məslədir. Suriyada hərbi mübarizə, BMT-nin təyin etdiyi terror təşkilatlarına qarşı və koordinasiya edilmiş şəkildə aparılmalıdır. Yoxsa, ciddi hərbi problemlər meydana çıxa bilər”,- deyə Mogherini bildirib.
azadlıq.info