Bir kibrit qutusunda olan maddənin kimin cibində olduğunu bilirlər, amma….
Şamaxı rayon Göylər kənd sakini İsmayılov Aqil başına gələnləri qəzetimiz vasitəsi ilə ölkə başçısına və aidiyyatı orqanlara çatdırmaq niyyəti ilə redaksiyamıza təşrif buyurmuşdu. Qonağımız söhbətə belə başladı: “ 2001-ci ildən fermer təsərrüfatı ilə məşğuldur.Dövlət və özəl banklardan götürdüyü kreditlər hesabına təsərrüfatını xeyli artırıb. Bu il də ölkə başçısı Kənd Təsərrüfatı ili elan edib, bundan ruhlanaraq zəhmətimizi daha da artırmışıq. Xeyli cətinliklərə sinə gərmişik. Lakin öğruların və onların himayədarlarının fəaliyyəti nəticəsində çətin vəziyyətlə üzləşmişik. Bu il sentyabrın 7-dən 8-nə keçən gecə 14 baş iribuynuzlu mal-qaram oğurlanıb. Polisə, aidiyyatı orqanlara eləcə də, Respublikanın Baş Prokrorluğuna, Daxili İşlər Nazirliyinə müraciət etmişəm. Amma hec bir nəticəsi yoxdur. Oğrular da öz keflərindədir.”
Polisdən şikayətinizə nə cavab verildiyini soruşduqda ona hadisəni oğurluq kimi yox itki kimi qeydə aldıqlarını bildirdi: “ Bu necə itkidir ki, hər yerdə gözəgəlimli, damazlıq heyvanlar var, onlar yoxa çıxıb, hətta içərisində balası olan heyvanlar da var. Halbuki, bu heyvanlar balalarına görə heç yerə getməzlər. Burda itkidən söhbət gedə bilməz.”
Özlərinin konkret şübhələndiyi adamlar olmasa da , şikayətçi keşikçilərin bu məsələdən xəbərdar ola biləcəyini güman edir. Şamaxı Rayon Polisində faktla bağlı cinayət işi açılsa da, yalnız özünün ailə üzvlərindən ifadə almaqla kifayətləndiklərini deyir: “ Guya mənim oğurlanmış heyvanlarımı axtarırlar, belə çıxır bu işdə ya səriştəsizdirlər , ya da maraqsız. Belə olmasaydı bir kibrit qutusunda olan maddənin kimin cibində olduğunu bilirlər, amma 14 baş iribuynuzlu malqaranın kimin sexində olduğu tapa bilmirlər.
Ümidim Xöşqədəm Hidayətqızının verlişinə idi, deyirdim bəlkə, o, tapa bilə. Onun da verlişini bağladılar. Axırda deyəcəklər heç mənim heyvanım olmayıb.”
Sonda Aqil İsmayılov dərdini şeirlə bildirdi, həmin şeirdən bir parçanı oxucularımıza da dəqdim edirik:
Zəhmətimiz talan olub, vallahi,
Bu dərd bizə qalan olub , vallahi.
Molla, polis yalan olub , vallahi,
Baş götürüb biz qəzetə gəlmişik.
Azad gəzir, köçündədir oğrumuz,
Haram yığır biçindədir oğrumuz.
Bəlkə kəndin içindədir oğrumuz,
Baş götürüb biz qəzetə gəlmişik.
Təzəxan