Milli Şuranın sədri Cəmil Həsənli Ankarada törədilən terrorla bağlı kədərini bölüşüb və Türkiyə xalqına başsağlığı verib. C.Həsənli facebook səhifəsində yazıb:
“Dostlar! Qardaş Türkiyədə baş vermiş qanlı terror hadisəsi 95 nəfər dinc vətəndaşın həyatına son qoymuşdur. 250 nəfərə yaxın insan yaralanmışdır. Bu xəbər bizi sarsıtdı, qəlbimizi qüssə və kədərlə doldurdu. Bu hadisənin paytaxtda təşkil olunmuş kütləvi tədbir zamanı baş verməsi ağır nəticələrlə sonuclanmış, çoxlu sayda insan həyatını itirmişdir. Ölkədə matəm elan edilmişdir. Biz harada, necə baş verməsindən asılı olmayaraq terror hərəkətlərini qınayır, bu qanlı olayın qurbanlarına Allahdan rəhmət diləyirik. Qüdrətli Türkiyə dövlətinə və uca türk millətinə baş vermiş ağır hadisə ilə bağlı mətn və iradə arzulayır, vətən sağ olsun deyirik. Azərbaycan xalqı ən həssas məqamlarda Türkiyənin sevincini bölüşdüyü kimi, kədərini də bölüşür. Bu kədərli gündə də bütün Azərbaycan türk millətinin və türk xalqının yanındadır”.