Bu gün Daxili İşlər Naziri Ramil Usubovun imzaladığı əmr əsasında Yasamal RPİ-nin rəisi Əkbər İsmayılov Sumqayıt şəhərinin, Pirallahı rayon polis idarəsinin rəisi İsfəndiyar Mehbalıyev Yasamal rayonunun, Qax rayon polis idarəsinin rəisi Cümşid İsmayılov Pirallahı royununun, Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi İdarəsinin rəisi Ağalar Məhərrəmov isə Qax rayon polis idarəsinin rəisi təyin edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi İdarəsinə rəis təyin edilməyib.
Daxili İşlər Naziri Ramil Usubovun öz bacanağını Ağalar Məhərrəmovu nə səbəbdən “vurduğu” müəmmalı olaraq qalır.
Xatırladaq ki, bundan əvvəl nazirin əmri ilə Sumqayıt şəhər Polis İdarəsinin rəisi general-mayor Sahib Mirzəyev Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi təyin edilmişdi.