Radio Televiziya Üst Kurulu (RTÜK) Ankarada bu gün səhər saatlarında törədilən terror hücumu ilə bağlı müvəqqəti olaraq yayım qadağası tətbiq etdiklərini açıqlayıb. Baş nazirin ofisindən RTÜK-ə göndərilən təlimatda deyilir:
“15 Fevral 2011-ci il tarixli və 6112 saylı radio və televiziya quruluşları, eyni zamanda, yayım xidmətləri haqqında qanununun 7-ci maddəsində milli təhlükəsizliyin tələb etdiyi hallarda və ya ictimai qaydanın ciddi şəkildə pozulduğu vəziyyətlərdə müvəqqəti yayım qadağası tətbiq etmək nəzərdə tutulur. 10 oktyabr 2015-ci il tarixdə Ankarada vətəndaşlarımıza qarşı reallaşdırılan terror hücumunu da xatrladılan bu qanunun təsiri altına düşdüyünu bildiririk və baş verən hadisə ilə əlaqədar müvəqqəti yayım qadağası tətbiq olunmasını uyğun bilirik”.
azadlıq.info