Türkiyədə məşhur olan “Kanal D”nin ana xəbər proqramının sabiq aparıcısı, jurnalist Uğur Dündar həbs olunub.
Küçükçekmece 2-ci Əslə Cəza Məhkəməsinin qərarı ilə juranlist 11 ay 20 gün müddətinə cəza alıb. Səbəb isə onun köşə yazısında sabiq nazir, Ərdoğanın ən yaxın silahdaşı Binali İldırımı təhqir etməsi göstərilib.
Jurnalistin vəkili və yaxınları, o cümlədən media mütəxəssisləri isə həbsin hüquqi deyil, siyasi qərar olduğuna diqqət çəkməyə başlayıblar. (strateq.az)