ABŞ, İŞİD-lə mübarizə çərçivəsində Suriyada güvən qazanmış müəyyən müxalifət liderləri və onların ətrafında olan qüvvələrə silah və avadanlıq dəstəyi verməklə bağlı qərar qəbul edib.
Müdafiə Nazirliyinin sözçüsü Peter Cook, İŞİD-lə mübarizə çərçivəsində Pentaqonun ötən il Konqresdən Suriyalı müxalifləri silahlandırmaq səlahiyyət aldığını xatırladıb:
“Müdafiə naziri Eşton Karter, Suriya müxalifətini təchizat və silahla təmin etmək təlimatı verdi. Məqsədimiz, İŞİD -in nəzarətində olan sahələri geri qaytarmaqdır. Bu qrupların qət etdiyi məsafəni yaxından izləyəcəyik və İŞİD-ə qarşı döyüşlərdə müxaliflərə havadan da dəstək təmin edəcəyik”,- deyə Pentaqon rəsmisi bildirib.
azadliq.info