“Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməkdaşı, AXCP sədrinin müavini Seymur Həzi istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə azadliq.info-ya onun yaxınları məlumat verib.
Seymur Həzi cəzasını 17 saylı müəssisədə çəkəcək. O, Şüvəlandakı təcridxanada saxlanılırdı.