Avropa Birliyi Belarusa qarşı tətbiq edilən sanksiyaları 4 ay müddətinə ləğv edir. Bu barədə diplomatik mənbələrinə istinadən Reuters məlumat yayıb. Həmçinin, prezident Aleksandr Lukaşenkoya qarşı tətbiq edilən sanksiyaların da ləğvi nəzərdə tutulub. Artıq oktyabrın 12-dən sanksiyaların dayandırılacağı gözlənilir.
Sanksiyalarla bağlı tam qərar oktyabrın 11-də prezident seçkilərinin necə keçiriləcəyindən də asılıdır.
Qərarın qəbul edilməsinə təsir göstərən amillərdən biri Belarus prezidenti Lukaşenkonun altı siyasi məhbusu azad etməsi və Ukrayna böhranı ilə bağlı aparılan dinc danışıqlarda göstərdiyi yardım olub.
azadlıq.info