Bu il üçün Nobel Sülh mükafatı siyasi təşkilata – Tunis Milli Dialoq Kvartetinə verilib.
Nobel Komitəsinin saytında yerləşdirilən məlumata görə, Tunis Milli Dialoq Kvarteti bu mükafata 2011-ci il “yasəmən inqilabı”ndan sonra Tunisdə demokratiyanın qurulmasında həlledici töhfəyə görə” layiq görülüb.
Ötən il Nobel Sülh mükafatına Kaylaş Satirti və Malale Yusafzay layiq görülmüşdülər.