Qazaxıstan prezidenti Nursultan Nazarbayev, dünən axşam saatlarında paytaxt Astanaya gələn Ukrayna prezidenti Petro Poroşenkonu bu səhər Akorda Sarayında təşkil edilən rəsmi mərasimlə qarşılayıb.
Qarşılanma mərasiminin ardından, hər iki lider bir araya gələrək ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müzakirə aparıblar.
Daha sonra Nazarbayev və Poroşenkonun başçılığı altında, Ukrayna və Qazaxıstan heyətləri bir araya gəlib.
azadliq.info