Sumqayıt Dövlət Universitetində (SDU) tələbələr arasında kütləvi dava düşüb. Bu barədə “Report”a Sumqayıt Şəhər Polis İdarəsindən (RPİ) məlumat verilib. Hadisə nəticəsində SDU-nun 20 yaşlı tələbəsi Emin Fətəliyev bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Bıçaqlanan E.Fətəliyev İqtisadiyyat fakültəsinin 2-ci kurs tələbəsi olub. Onu bıçaqlayan şəxs isə 3-cü kursda təhsil alır və artıq polis tərəfindən saxlanılıb.
Hadisənin söyüş üstündə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.