Beynəlxalq Bellingcat araşdırma qrupu Ukraynanın şərgində qəzaya uğrayan Boing təyyarəsi ilə bağlı hesabat açıqlayıb. Hesabatda deyilir ki, ötən ilin yayında qəzaya uğrayan təyyarə Rusiyaya məxsus “Buk” sistemindən atılan raketlə vurulub.
Bellingcat-ın gəldiyi nəticəyə əsasən, söhbət Kurskda yerləşən 52-ci zenit-raket briqadasına məxsus “Buk”dan gedir.
Bu ilin sonunda beynəlxalq araşdırma qrupunun tam hesabatı açıqlanacaq.
Xatırladaq ki, Amsterdamdan Kuala Lumpura uşan laynerdə olan 298 nəfərin hamısı həlak olub. Onların əksəriyyəti Niderland vətəndaşıdı idi.
Fizzə