FİFA-nın İcraiyyə Komitəsinin üzvü, UEFA prezidenti Mişel Platinini və FİFA-nın baş katibi Jerom Valke 90 gün ərzində istənilən futbol fəaliyyətindən uzaqlaşdırılıb. Bu barədə FİFA-nın Etika Komitəsinin arbitraj palatasının qərarında deyilir.
J.Valkenin cəza müddəti 45 gündən artıq olmayaraq artırıla bilər. O, bu müddət ərzində futbol fəaliyyəti ilə nə milli, nə də beynəlxalq səviyyədə məşğul ola bilməz. Qərar dərhal qüvvəyə minir.
Qeyd edək ki, FİFA təşkilatın rəhbəri Yozef Blatteri də 90 gün ərzində postlarından uzaqlaşdırıb.