2015-ci ilin yanvar-sentyabr aylarında SOCAR tərəfindən büdcəyə 1 milyard 135 milyon 245 min manat vəsait ödənilmişdir.
Müqayisə üçün qeyd edək ki, SOCAR 2014-cü ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 412 milyon 857 min manat vəsait ödəmişdi. Beləliklə, SOCAR büdcəyə 277,6 milyon manat və ya 20%-ə yaxın az vəsait ödəyib.
SOCAR 2015-ci ilin sentyabr ayında dövlət büdcəsinə 136 milyon 487 min manat vəsait ödəmişdir.
DSMF-Ə ÖDƏNİŞLƏRİ ARTIB
Bundan əlavə, cari ilin sentyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 788 min manat vəsait köçürmüşdür. Bu göstərici 2014-cü ilin sentyabr ayı ilə müqayisədə 144 min manat və ya 101,2 faiz çox olmuşdur.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 104 milyon 223 min manat təşkil etmişdir. 2014-cü ilin yanvar-sentyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 107 milyon 547 min manat təşki etmişdi.
Qeyd edək ki, SOCAR-ın dövlət büdcəsinə ödənişlərinin azalması neftin qiymətinin aşağı düşməsilə bağlıdır. (marja.az)